Yardımlıda uşaq bağçası yanıb

Yardımlıda uşaq bağçası yanıb

Yardımlı rayonunda uşaq bağçasında yanğın olub.

Bu barədə birxeber.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Çay Üzü kəndində ümumi sahəsi 200 m² olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın mətbəxində lambirindən ibarət tavan 4 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.