Prokurorluq qatarın piyadanı vuraraq öldürməsi ilə bağlı açıqlama yayıb

Prokurorluq qatarın piyadanı vuraraq öldürməsi ilə bağlı açıqlama yayıb

Ucar Rayon Prokurorluğu qatarın piyadanı vuraraq öldürməsi ilə bağlı açıqlama yayıb.

Prokurorluqdan "Birxeber"a daxil olan açıqlamada deyilir:

"İyunun 21-i saat 12 radələrində Göyçay rayon sakini, 1977-ci il təvəllüdlü Akif İbrahimovun qatarın vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Bakı-Tbilisi dəmiryol xəttinin Ucar rayonu ərazisindən keçən 234-cü km-də hərəkətdə olan qatarın Akif İbrahimovu vurması nəticəsində sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir".

HADİSƏ HADİSƏ
Səlcuq Bayraktara ağır itki: Özdemir Bayraktar vəfat etdi - FOTO

Səlcuq Bayraktara ağır itki: Özdemir Bayraktar vəfat etdi - FOTO

HADİSƏ HADİSƏ
Xəzər dənizində 3.1 bal gücündə zəlzələ olub

Xəzər dənizində 3.1 bal gücündə zəlzələ olub