Zərərçəkən dəymiş zərərin sığorta ödənişindən artıq hissəsini zərərvurandan tələb edə bilər - QƏRAR

Zərərçəkən dəymiş zərərin sığorta ödənişindən artıq hissəsini zərərvurandan tələb edə bilər - QƏRAR

Zərərçəkən dəymiş zərərin sığorta ödənişindən artıq hissəsini zərərvurandan tələb edə bilər.

"Report" xəbər verir ki, bu, Bakı Apellyasiya Məhkəməsinin icbari sığorta ilə bağlı müraciəti əsasında Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarda öz əksini tapıb.

Qərarda deyilir ki, “İcbari sığortalar haqqında" qanunun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. Ancaq qanunun 10-cu, 20.4-cü, 56-cı və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.

Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.

HADİSƏ HADİSƏ
Bakıda 33 yaşlı həkim niyə intihar edib? - Məktub TAPILDI

Bakıda 33 yaşlı həkim niyə intihar edib? - Məktub TAPILDI

HADİSƏ HADİSƏ
DYP valideynlərə və sürücülərə müraciət edib

DYP valideynlərə və sürücülərə müraciət edib

HADİSƏ HADİSƏ
Bakıda beşmərtəbəli binada yanğın olub

Bakıda beşmərtəbəli binada yanğın olub

HADİSƏ HADİSƏ
Təranə Səmədovanın məhkəməsinin qapalı keçirilməsi ilə bağlı qərar verilib

Təranə Səmədovanın məhkəməsinin qapalı keçirilməsi ilə bağlı qərar verilib

HADİSƏ HADİSƏ
Xızıda yol polislərinə müqavimət göstərən şəxslər HƏBS OLUNDULAR

Xızıda yol polislərinə müqavimət göstərən şəxslər HƏBS OLUNDULAR

HADİSƏ HADİSƏ
Bakıda yol qəzasında 10 yaşlı uşağın ayağı sınıb

Bakıda yol qəzasında 10 yaşlı uşağın ayağı sınıb

HADİSƏ HADİSƏ
Beyləqanda 25 yaşlı kişini avtomobil vurub

Beyləqanda 25 yaşlı kişini avtomobil vurub

HADİSƏ HADİSƏ
Sel suları Bakı-Qazax yolunun üzərindəki körpü üçün təhlükəli vəziyyət yaradıb

Sel suları Bakı-Qazax yolunun üzərindəki körpü üçün təhlükəli vəziyyət yaradıb

HADİSƏ HADİSƏ
Astarada tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Astarada tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

HADİSƏ HADİSƏ
Bakıda cibgirlik etməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Bakıda cibgirlik etməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Biləsuvarın kəndlərinə dolu yağıb, elektrik enerjisinin verilişi dayanıb

Biləsuvarın kəndlərinə dolu yağıb, elektrik enerjisinin verilişi dayanıb

HADİSƏ HADİSƏ
Bakıda dələduzluqda təqsirləndirilən "falçı"nın məhkəməsi başlayıb

Bakıda dələduzluqda təqsirləndirilən "falçı"nın məhkəməsi başlayıb