Səfir: "Yaxın illərdə Azərbaycan və Monqolustan qarşılıqlı olaraq paytaxtlarda səfirlik aça bilərlər"
Yaxın illərdə Azərbaycan və Monqolustan qarşılıqlı olaraq paytaxtlarda səfirlik aça bilərlər.
Bunu Monqolustanın Türkiyədəki səfiri, ölkəsinin Azərbaycan üzrə fövqəladə və səlahiyyətli səfiri diplomatik missiyasını yerinə yetirən, Ankarada iqamət edən Qombosuren Munxbayar “Report”un Ankara bürosuna müsahibəsində deyib.
O bildirib ki, ikitərəfli əməkdaşlıq inkişaf etdikcə qarşılıqlı diplomatik nümayəndəliklərin açılması məsələsi aktuallaşır:
"Şübhə etmirəm ki, yaxın illərdə tərəflər qarşılıqlı olaraq ölkələrimizin paytaxtlarında səfirlik aça bilərlər. Səfirliklərin açılması isə ikitərəfli əlaqələri genişləndirəcək, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensialı ortaya qoyacaq".
Müsahibəni daha ətraflı buradan oxuya bilərsiniz!