Azərbaycanda bağçılığın inkişafı layihəsinə 60 min manat güzəştli kredit ayrılıb
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Qubada icra olunacaq bağçılığın inkişafı layihəsinə 60 min manat güzəştli kredit ayırıb.
"Birxeber.Az" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviter hesabında bildirib.
Onun sözlərinə görə, kredit regionlarda fəaliyyət göstərən biznes subyektlərinə dəstək çərçivəsində sahibkar Sübhan Süleymanova ayrılıb.