Dövlət Xidməti Bakıda keçirilən sərgidə hüquqi məsləhət pəncərəsini yaradıb
İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmət Bakıda keçirilən Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində hüquqi məsləhət pəncərəsini yaradıb.
“Birxeber.Az” xəbər verir ki, pəncərə vasitəsilə qurumun göstərdiyi xidmətlərin istifadə qaydası ilə bağlı hüquqi yardım almaq mümkündür.
Ziyarətçilərə Xidmətin fəaliyyəti, o cümlədən daşınmaz əmlakın dövlət kadastrı və reyestri ilə bağlı ən çox istifadə olunan xidmətlər barədə məlumatların əks olunduğu broşürlər təqdim olunur. Dövlət Xidmətinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara təqdim edilən xidmətlər barədə məlumatlar nümayiş edilir.
Belə ki, iri monitorlarda investisiya müsabiqəsinə çıxarılan özəlləşdirilmə müəssisələri barədə məlumatlar, daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlər, onların izahı, mülkiyyət hüququnun qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı və digər vətəndaşları maraqlandıran məlumatlar yer alıb.