İqtisadi Zonaların İnkişafı Agentliyinə yeni sədr təyin olunub

İqtisadi Zonaların İnkişafı Agentliyinə yeni sədr təyin olunub

Seymur Adıgözəlov İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri təyin olunub.

"Birxeber.Az-Economics"in xəbərinə görə, S. Adıgözəlov bu təyinatadək İZİA-da İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Bu vaxta qədər həmin vəzifədə çalışan Elşad Nuriyev isə "Bakı Gəmiqayırma Zavodu"nun İdarə Heyətinin sədri təyin edilib.