KOBİA Özbəkistanın Ticarət və Sənaye Palatası ilə memorandum imzalayıb

KOBİA Özbəkistanın Ticarət və Sənaye Palatası ilə memorandum imzalayıb

İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Özbəkistanın Ticarət və Sənaye Palatası ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.

“Birxeber”un KOBİA-ya istinadən verdiyi məlumata görə, sənəd Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində, Daşkənddə keçirilmiş Özbəkistan - Azərbaycan biznes forumunda imzalanıb.

Memoranduma KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistanın Ticarət və Sənaye Palatasının rəhbəri Davron Vaxabov imza atıb. Sənədə əsasən tərəflər ticarət və investisiya imkanları haqqında bir-birilərini məlumatlandıracaq, KOB-lar arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsini dəstəkləyəcək və təşviq edəcək, qarşılıqlı biznes missiyalar təşkil olunacaq.

Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər. Biznes forumdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, Agentliyin fəaliyyəti barədə məlumat verib, Azərbaycanda biznes qurmaq istəyən xarici iş adamlarına KOBİA tərəfindən göstərilən dəstək və xidmətləri diqqətə çatdırıb.

Həmçinin, səfər çərçivəsində KOBİA nümayəndə heyəti bir sıra görüşlər də keçirib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistan Prezidentinin yanında Sahibkarlıq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkil D.S.Kasımov arasında keçirilmiş görüşdə biznesə hüquqi dəstək mexanizmləri və bu sahədə təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Özbəkistanın iqtisadi inkişaf və yoxsulluğun azaldılması nazirinin müavini, Sahibkarlığın İnkişafı Agentliyinin direktoru M. Ubaydullaev ilə keçirilmiş görüşdə isə gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Biznes Biznes
Aİ-yə idxal olunan balın, demək olar, yarısı standartlara cavab vermir

Aİ-yə idxal olunan balın, demək olar, yarısı standartlara cavab vermir

Biznes Biznes
Azərbaycan və Küveyt arasında biznes forum keçirilə bilər

Azərbaycan və Küveyt arasında biznes forum keçirilə bilər

Biznes Biznes
Azərbaycanda bağçılığın inkişafı layihəsinə 60 min manat güzəştli kredit ayrılıb

Azərbaycanda bağçılığın inkişafı layihəsinə 60 min manat güzəştli kredit ayrılıb

Biznes Biznes
Azərbaycanda ötən il 4 mindən çox qadın özünüməşğulluq proqramına cəlb olunub

Azərbaycanda ötən il 4 mindən çox qadın özünüməşğulluq proqramına cəlb olunub

Biznes Biznes
Qarabağda kreditlərə dövlət zəmanətinin verilməsi şərtləri açıqlanıb

Qarabağda kreditlərə dövlət zəmanətinin verilməsi şərtləri açıqlanıb

Biznes Biznes
Azərbaycan və Almaniya KOB-larının mümkün sinerji imkanları müzakirə edilib

Azərbaycan və Almaniya KOB-larının mümkün sinerji imkanları müzakirə edilib

Biznes Biznes
Şahin Bağırov Goranboyda vətəndaşları qəbul edəcək

Şahin Bağırov Goranboyda vətəndaşları qəbul edəcək

Biznes Biznes
Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

Biznes Biznes
“Borjomi” işçiləri tətili dayandırıb, istehsal bərpa edilir

“Borjomi” işçiləri tətili dayandırıb, istehsal bərpa edilir

Biznes Biznes
Vahid Əhmədov: "Birbaşa müqavilələr biznesə problem yaradır"

Vahid Əhmədov: "Birbaşa müqavilələr biznesə problem yaradır"

Biznes Biznes
AZSTAND-ın Salyanda yerləşən sınaq laboratoriyasına mediatur təşkil olunub

AZSTAND-ın Salyanda yerləşən sınaq laboratoriyasına mediatur təşkil olunub

Biznes Biznes
“Kontakt”da “Üzün gülsün” kampaniyası: 24 AYADƏK İLKİN ÖDƏNİŞSİZ, FAİZSİZ, KOMİSSİYASIZ ŞƏRTLƏR

“Kontakt”da “Üzün gülsün” kampaniyası: 24 AYADƏK İLKİN ÖDƏNİŞSİZ, FAİZSİZ, KOMİSSİYASIZ ŞƏRTLƏR