Moldova müdafiə naziri: "Rusiya bütün cəhdlərdən istifadə edir, ölkəmizin hava məkanı pozulur" - MÜSAHİBƏ

Moldova müdafiə naziri: "Rusiya bütün cəhdlərdən istifadə edir, ölkəmizin hava məkanı pozulur" - MÜSAHİBƏ

Moldova müdafiə naziri Anatoli Nosatıy "Report"un Şərqi Avropa bürosuna müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

- Qonşu Ukraynada gedən müharibə fonunda Moldova da təhdid qarşısındadır. Bu təhlükənin müqabilində hansı tədbirləri görürsünüz?

- Məsələ Moldovada vəziyyətin necə olması, mümkün təhdid və Moldovanın bu problemin həlli qarşısında hazırlığı ilə bağlıdır. Mən hazırda bizim üzləşdiyimiz vəziyyət izah etməyə başlayacağam. Hələ ki, Moldovaya qarşı heç bir fiziki hücum təhlükəsi yoxdur. Bunun səbəbi Ukrayna qüvvələrinin döyüş meydanındakı uğurlarıdır. Öz qəhrəmanlarını vətənləri uğrunda qurban verən Ukrayna xalqına və Ukrayna ordusuna minnətdarıq. Ukraynanı müdafiə etməklə onlar Moldovanı və ümumilikdə Avropanı müdafiə edirlər. Lakin Moldova ərazisində stabilliyin pozulması ilə bağlı cəhdlər var. Rusiya stabilliyi pozmaq üçün hibrid müharibəsinin bütün elementlərindən istifadə edir. Əsasən, kiber hücumlardan, dezinformasiyadan və manipulyasiyadan istifadə edirlər, daxili işlərə qarışırlar, eləcə də ictimaiyyət arasında gərginlik yaratmağa çalışırlar. Mən bizə qarşı iqtisadi və xüsusən də qışda enerji böhranı haqqında danışmaq fikrində deyiləm. Moldova Müdafiə Nazirliyi əməliyyat imkanlarını artırmaq üçün gərgin işləyir. Biz silahlı qüvvələrin, ehtiyat birliklərin müntəzəm məşqlərini keçiririk və ordunun modernizasiyası və transformasiyası prosesini həyata keçiririk.

- Ordunuzu hansı şərtlərlə yeniləyirsiniz? Son bir ildə hansı dəyişikliklər baş verib?

- Mən ordunun modernizasiyası və transformasiyası haqqında qeyd etdim. Prosesə köhnə sovet texnikasını NATO standartlarına uyğun olan yeniləri ilə əvəzləmək daxildir. Qeyd etmək istəyirəm ki, bu proses xeyli resurs tələb edir. Bundan başqa, şəxsi heyətin təlimi də lazımdır. Bu proses vaxt tələb edir və müqaviləmiz də buna imkan verir.

- Rusiyanın Ukraynaya endirdiyi hava zərbələri nəticəsində Moldovanın da zərər çəkdiyini eşidirik...

- Təəssüf ki, Moldovanın hava məkanının pozulması halları da mövcuddur. Bu, bir daha onu göstərir ki, Moldova necə həssasdır. Rusiya bizim fərqli vəziyyətlərdə necə reaksiya verəcəyimizdən istifadə etmək istəyir. Raketlər Moldovadan keçməklə Ukraynanı hədəfə almışdı. Raketin elementlərindən bəziləri bizim ərazimizə düşüb. Mən yeni növ sursatı – ağıllı sursatı qeyd etmək istəyirəm. Görünür ki, operator uçuşu məqsədli şəkildə proqramlaşdırıb ki, bizim ərazimizi pozsun.

- Əgər hücum olarsa, Moldovaya qərbdən nə qədər dəstək gözlənilir?

- Düşünürəm ki, bu ehtimal artıq real deyil. Ukrayna Rusiyaya Nikolayev və Odessa istiqamətində irəliləməyə, həmçinin Odessa yaxınlığında dəniz əməliyyatı keçirməyə imkan verməz. Amma hər halda Moldova öz ərazisini qorumağa hazırdır. Əgər vəziyyət dəyişsə, Moldova Silahlı Qüvvələri, digər orqanlarımız, vətəndaşlarımız bütün mümkün vasitələrlə ölkəsini qoruyacaq. Tərəfdaşlarımızın da dediyi kimi, ən pis ssenaridə bizə bütün vasitələrlə dəstək veriləcək. Lakin bu, o demək deyil ki, biz gözləməliyik. Biz təlimlər keçirik, modernizasiya və transformasiya planlarını həyata keçiririk və çalışırıq ki, istənilən bütün ssenarilərə hazır olaq.

HƏRBİ HƏRBİ
Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib

Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib

HƏRBİ HƏRBİ
Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

HƏRBİ HƏRBİ
Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olunub - YENİLƏNİB

Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olunub - YENİLƏNİB

HƏRBİ HƏRBİ
MN: "Düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir"

MN: "Düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir"

HƏRBİ HƏRBİ
"Anatolian Phoenix - 2023": Hərbçilərimiz şərti düşmən arxasında təxliyəni uğurla icra ediblər

"Anatolian Phoenix - 2023": Hərbçilərimiz şərti düşmən arxasında təxliyəni uğurla icra ediblər

HƏRBİ HƏRBİ
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin anım tədbiri keçirilib

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin anım tədbiri keçirilib

HƏRBİ HƏRBİ
Türkiyənin Milli Müdafiə naziri Bakıya rəsmi səfərə gəlib

Türkiyənin Milli Müdafiə naziri Bakıya rəsmi səfərə gəlib

HƏRBİ HƏRBİ
Ermənistanın məhv edilən texnikasının sayı açıqlanıb

Ermənistanın məhv edilən texnikasının sayı açıqlanıb

HƏRBİ HƏRBİ
Şamaxıda “Zəfərin mübarək, Vətən!” mövzusunda konfrans keçirilib

Şamaxıda “Zəfərin mübarək, Vətən!” mövzusunda konfrans keçirilib

HƏRBİ HƏRBİ
Uğurlu “Günnüt” əməliyyatından 5 il ötür

Uğurlu “Günnüt” əməliyyatından 5 il ötür

HƏRBİ HƏRBİ
Azərbaycan MN: "Ermənistan silahlı qüvvələri zərbə PUA-ları tətbiq edir"

Azərbaycan MN: "Ermənistan silahlı qüvvələri zərbə PUA-ları tətbiq edir"

HƏRBİ HƏRBİ
Müdafiə nazirinin müavinləri Laçındakı bölmələrin döyüş hazırlığını yoxlayıb

Müdafiə nazirinin müavinləri Laçındakı bölmələrin döyüş hazırlığını yoxlayıb