Azərbaycan enerji sahəsinə investorların cəlb edilməsində maraqlıdır
"Azərbaycan enerji sahəsinə investorların və konsaltinq xidmətlərinin cəlb edilməsində maraqlıdır".
“Birxeber” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov “Azərbaycanda Bərpa Olunan Enerji” mövzusuna həsr olunmuş Alman-Azərbaycan Davamlılıq Forumunda bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda inkişaf 2030-cu ilədək plan və məqsədlərin daxil edildiyi xüsusi plan əsasında tənzimlənir. Plana daxil olan 5 məqsəddən biri də ölkədə yaşıl mühitin inkişaf etdirilməsidir.