Şabranda quduzluğa görə nəzarətə götürülən kəndə baxış keçirilib, heyvanlar basdırılıb

Şabranda quduzluğa görə nəzarətə götürülən kəndə baxış keçirilib, heyvanlar basdırılıb

Dövlət qurumlarının nümayəndələri Şabranda 20 nəfərin quduzluq şübhəsi ilə nəzarətə götürüldüyü Qorğan kəndinə baxış keçiriblər.

Bunu "Birxeber.Az"un Şimal bürosuna Şabran Rayon İcra Hakimiyyəti başçısının Qorğan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Balabəyov bildirib.

Onun sözlərinə görə, 25 gün əvvəl yırtıcı heyvanlar kənd sakini Ənvər Piriyevə məxsus təsərrüfatlardan birində xırda buynuzlu heyvanlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunları kəsərək ətini fermadakı itlərinə verib.

Daha sonra digər qoyunların da xəstələndiyini görən Ə.Piriyev onları kəsib, ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.

Bir neçə gün keçdikdən sonra daha 10 qoyunun tələf olduğunu görən təsərrüfat sahibi dövlət qurumlarına müraciət edib.

Ə.Piriyev və 20-yə yaxın ailə üzvü quduzluq əleyhinə iynə vurularaq nəzarətə götürülüblər.

İcra nümayəndəsinin sözlərinə görə, ölmüş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib.

Ə.Piriyevin təsərrüfatındakı digər qoyunlar kəsilib yandırılaraq basdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Birxeber.Az"a bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.

HADİSƏ HADİSƏ
65 manata görə iki qadının öldürülüb yandırılması ilə bağlı cinayətdə yeni detallar - YENİLƏNİB

65 manata görə iki qadının öldürülüb yandırılması ilə bağlı cinayətdə yeni detallar - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Misirli jurnalist: "Ermənilər Gəncədəki dağıntıları məqsədyönlü şəkildə həyata keçirib"

Misirli jurnalist: "Ermənilər Gəncədəki dağıntıları məqsədyönlü şəkildə həyata keçirib"

HADİSƏ HADİSƏ
Bakıda yolu keçən 32 yaşlı kişini avtomobil vurub

Bakıda yolu keçən 32 yaşlı kişini avtomobil vurub

HADİSƏ HADİSƏ
Naxçıvan Muxtar Respublikası DYPİ-nin rəisi vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikası DYPİ-nin rəisi vəzifəsindən azad edilib

HADİSƏ HADİSƏ
Ağstafada yeniyetmə onu toya aparmadıqları üçün intihara cəhd edib

Ağstafada yeniyetmə onu toya aparmadıqları üçün intihara cəhd edib

HADİSƏ HADİSƏ
Sumqayıtda mikroavtobusla yük maşını toqquşub, 15 nəfər xəsarət alıb - YENİLƏNİB

Sumqayıtda mikroavtobusla yük maşını toqquşub, 15 nəfər xəsarət alıb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Paytaxtda 31 yaşlı qadını avtomobil vurub

Paytaxtda 31 yaşlı qadını avtomobil vurub

HADİSƏ HADİSƏ
Oğurluqda və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinənlər tutulub

Oğurluqda və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinənlər tutulub

HADİSƏ HADİSƏ
Cəlilabadda ev quşlarını oğurlayan şəxs saxlanılıb

Cəlilabadda ev quşlarını oğurlayan şəxs saxlanılıb

HADİSƏ HADİSƏ
Ağcabədidə kafedə qumar oynayanlar cəzalandırılıb

Ağcabədidə kafedə qumar oynayanlar cəzalandırılıb

HADİSƏ HADİSƏ
Xaçmazda avtomobil at sürən kişini vuraraq öldürüb

Xaçmazda avtomobil at sürən kişini vuraraq öldürüb

HADİSƏ HADİSƏ
Azərbaycanda 175 nəfər hakim olmaq üçün imtahan verib

Azərbaycanda 175 nəfər hakim olmaq üçün imtahan verib