SİF: "İşğaldan azad edilmiş ərazilərə 14 milyon manat güzəştli kredit ayrılıb"

SİF: "İşğaldan azad edilmiş ərazilərə 14 milyon manat güzəştli kredit ayrılıb"

Bu günə qədər İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən 7 sahibkarlıq subyektinə 14,4 milyon manat güzəştli kredit ayırıb.

"Report" xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Osman Xaliyev işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi ilə bağlı brifinqdə bildirib.

Onun sözlərinə görə, 1 sahibkarlıq subyektinə kənd təsərrüfatı, 6 sahibkarlıq subyektinə isə sənayenin müxtəlif sahələri üzrə güzəştli kredit ayrılıb.