Dövlət Xidməti ötən il dövlət qurumlarına 1 191 kiberhücum indikatoru müəyyən edib

Dövlət Xidməti ötən il dövlət qurumlarına 1 191 kiberhücum indikatoru müəyyən edib

2023-cü ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 1 191 kiberhücum indikatoru (IOC) müəyyən edib.

"Report" xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.

“Bu kibertəhdidlərin 517-si daxili araşdırma, 674-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb”,- deyə o qeyd edib.