Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini tapıb, rəhbər heyət seçilib

Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini tapıb, rəhbər heyət seçilib

Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini tapıb, rəhbər heyət seçilib.

“Report”un məlumatına görə, Bakıda keçirilən I Baş Assambleyada yeni yaradılan qurum fəaliyyətə başlayıb.

İki gün ərzində Binə Atçılıq Mərkəzində keçirilən tədbirə bütün qitələri əhatə edən 19 ölkədən 29 nümayəndə qatılıb.

I Baş Assambleyada Beynəlxalq Çövkən Federasiyasının Əsasnaməsi də təsdiqlənib.
Quruma Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev prezident seçilib. Polşanın nümayəndəsi Matsey Miçel Olbriç baş katib olub.

Eyni zamanda vitse-prezidentlər və regional qrupların rəhbərləri də müəyyənləşib. Vitse-prezident postuna Böyük Britaniyadan Anna Holl, Türkiyədən Zübeyir Bekiroğlu və Mərakeşdən Mohammed Mubdi seçiliblər.