Türk Dövlətləri Təşkilatının Dəmir Yolu İdarələri Şurası yaradılır

Türk Dövlətləri Təşkilatının Dəmir Yolu İdarələri Şurası yaradılır

Türk Dövlətləri Təşkilatının (TDT) Dəmir Yolu İdarələri Şurası yaradılır.

“Report” xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

Bildirilib ki, bununla bağlı TDT-yə üzv dövlətlərin Dəmir Yolu İdarələri və digər qurumlarının nümayəndələrinin iştirakı ilə ilk onlayn ekspertlər iclası keçirilib.

Quru yollarının, xüsusən də dəmir yolu nəqliyyatının inkişafının TDT-yə üzv ölkələr üçün ən mühüm prioritetə ​​çevrildiyini vurğulayan ekspertlər Astana sammitində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təklif edilən Dəmir Yolu İdarələri Şurasının yaradılması cəhdlərinin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

İclasda iştirakçılar dəmir yolu nəqliyyatını inkişaf etdirmək məqsədi daşıyan bu mexanizmin əsas vəzifələri və funksiyaları barədə fikir mübadiləsi aparıblar.