"Qarabağ" yeni transferi ilə müqavilə bağlayıb
“Qarabağ” klubu İsrailin “Hapoel Təl-Əviv” klubundan Marko Yankoviçi transfer edib.
"Birxeber"un "köhlən atlar"ın rəsmi saytına istinadən məlumatına görə, monteneqrolu yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Yankoviç yeni komandasında 8 nömrəli formanı geyinəcək.