İranda silahlı insident zamanı 2 nəfər ölüb

İranda silahlı insident zamanı 2 nəfər ölüb

İranda silahlı insident 2 nəfərin ölümü ilə nəticələnib.

Birxeber.Az İran KİV-ə istinadən xəbər verir ki, bu barədə Tehran vilayətinin şərq polis komandanlığı məlumat yayıb.

Qeyd edilib ki, Pakdəşt şəhərində növbətçi əsgər ehtiyatsızlıqdan atəş açaraq polis zabitini yaralayıb. Bundan sonra növbətçi əsgər dərhal özünü güllələyib.

Yaralılar dərhal tibb məntəqəsinə çatdırılıb, lakin ikisi də həyatını itirib.

Hadisənin əlavə təfərrüatları araşdırmalardan sonra açıqlanacaq.