ISDB Azərbaycanın azad edilmiş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştirak etmək istəyir

ISDB Azərbaycanın azad edilmiş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştirak etmək istəyir

İslam İnkişaf Bankı (ISDB) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək layihələrdə iştirak etməkdə maraqlıdır.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən görüşdə bildirib.

Əl-Casir Azərbaycanın Bankın fəaliyyətinə böyük töhfə verdiyini, əməkdaşlığın uğurlu tarixə malik olduğunu bildirib.ISDB-inin prezidenti həyata keçirilən birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsində Bankın maraqlı olduğunu bildirib.

İqtisadiyyat nazirinin birinci müavini Azərbaycanda Bankla əməkdaşlığın yüksək qiymətləndirildiyini vurğulayıb, ISDB-lə tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında əməkdaşlıq, KOB-ların dəstəklənməsi, bankların maliyyələşdirilməsi, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı fikirlərini bildirib.

İslam İnkişaf Bankı Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) rəhbəri və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş direktoru vəzifələrini icra edən Hani Salem Sonbol ilə keçirilən görüşdə tərəflər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafı istiqamətində ITFC ilə əməkdaşlıq müzakirə edilib. Eləcə də Azərbaycanın ixrac potensialının gücləndirilməsində və islam maliyyəsinin tətbiqində Korporasiyanın rolunu müzakirə edib, bu istiqamətdə həyata keçiriləcək növbəti birgə addımlar nəzərdən keçirilib.

Qeyd edək ki, Ciddədə ISDB-inin Müdirlər Şurasının 48-ci İllik Toplantısı keçirilib. İllik toplantı zamanı üzv ölkələrdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində birgə əməkdaşlıq imkanlarının araşdırılması, insan kapitalının inkişafı, dayanıqlı, yaşıl və davamlı infrastrukturun qurulması kimi aktual məsələlər müzakirə edilib.

Maliyyə Maliyyə
Nazirlər Kabineti publik hüquqi şəxslərlə bağlı qərar verib

Nazirlər Kabineti publik hüquqi şəxslərlə bağlı qərar verib

Maliyyə Maliyyə
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.02.2023)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.02.2023)

Maliyyə Maliyyə
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.07.2023)

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.07.2023)

Maliyyə Maliyyə
Taleh Kazımov Qazaxıstan və Tacikistan mərkəzi banklarının rəhbərləri ilə görüşəcək

Taleh Kazımov Qazaxıstan və Tacikistan mərkəzi banklarının rəhbərləri ilə görüşəcək

Maliyyə Maliyyə
“Royal Bank”ın əmlakı hərraca çıxarılır

“Royal Bank”ın əmlakı hərraca çıxarılır

Maliyyə Maliyyə
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.08.2023)

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.08.2023)

Maliyyə Maliyyə
Gənclər Fondu auditor seçib

Gənclər Fondu auditor seçib

Maliyyə Maliyyə
Füzulidəki kredit ittifaqının sədri dəyişib

Füzulidəki kredit ittifaqının sədri dəyişib

Maliyyə Maliyyə
AzTV auditor seçib

AzTV auditor seçib

Maliyyə Maliyyə
Ləğv prosesində olan bankın dəyəri 7 milyon manat olan 4 yaşayış evi hərraca çıxarılıb

Ləğv prosesində olan bankın dəyəri 7 milyon manat olan 4 yaşayış evi hərraca çıxarılıb

Maliyyə Maliyyə
İSB-nin informasiya sistemi “ASAN Login”ə inteqrasiya edilib

İSB-nin informasiya sistemi “ASAN Login”ə inteqrasiya edilib

Maliyyə Maliyyə
Azərbaycanın 2023-2024-cü illər üçün qeyri neft-qaz sektorundakı artımın əsas amilləri açıqlanıb

Azərbaycanın 2023-2024-cü illər üçün qeyri neft-qaz sektorundakı artımın əsas amilləri açıqlanıb