Sahibə Qafarova TASS-da Heydər Əliyevin 100 illiyinə həsr olunan sərgi ilə tanış olub

Sahibə Qafarova TASS-da Heydər Əliyevin 100 illiyinə həsr olunan sərgi ilə tanış olub

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Moskva şəhərinə edilən işgüzar səfər çərçivəsində TASS agentliyinin mənzil-qərargahı qarşısındakı meydanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar.

"Birxeber.Az"un Rusiya müxbiri xəbər verir ki, sərgidə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar nümayiş etdirilir.

Burada Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyində təmsil olunduğu illərdə ölkənin inkişafı üçün gördüyü işlərə və həyata keçirdiyi nəhəng layihələrə dair fotolar öz əksini tapıb.

Bununla yanaşı, Ulu Öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan-Rusiya münasibətlərini əks etdirən fotolar da sərgilənib. Sərgi ilə tanışlıqdan sonra TASS agentliyinin mənzil-qərargahında Azərbaycan nümayəndə heyəti ilə agentliyin rəhbər şəxsləri arasında görüş keçirilib.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin 100 illik yubileyinə göstərilən yüksək diqqətə və sərginin təşkilinə görə təşəkkürünü bildirib.

Spiker diqqətə çatdırıb ki, Heydər Əliyevin adı həyatını xalqının yolunda fədakar xidmətə həsr etmiş dahi şəxsiyyət kimi Azərbaycan tarixinə əbədi həkk olunub. Heydər Əliyevin liderlik keyfiyyətləri, uzaqgörən siyasəti və güclü iradəsi tariximizin ən taleyüklü məqamlarında ona öz xilaskarlıq missiyasını uğurla həyata keçirməyə imkan verib.

Ulu Öndərin müstəqil Azərbaycanın rəhbəri olduğu illərdə həyata keçirdiyi işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qədirbilən xalqımız böyük oğlu Heydər Əliyevin xatirəsini həmişə uca tutur və onu minnətdarlıqla xatırlayır.

Söhbət zamanı TASS agentliyinin baş direktoru Sergey Mixaylov və agentliyin əməkdaşları Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyət kimi misilsiz fəaliyyətindən bəhs edib, onun Rusiya-Azərbaycan münasibətlərinin inkişafında oynadığı roldan, SSRİ rəhbərliyində təmsil olunduğu illərdə gördüyü böyük işlərdən danışıblar.

Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlar Mixail Zabelin, Elnur Allahverdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclis Milli Məclis
Nazir müavini bələdiyyələrin sayının azaldılması ilə bağlı təkliflərə münasibət bildirib

Nazir müavini bələdiyyələrin sayının azaldılması ilə bağlı təkliflərə münasibət bildirib

Milli Məclis Milli Məclis
Milli Məclisdə qaz limiti ilə bağlı dinləmələrin keçirilməsi təklif edilir

Milli Məclisdə qaz limiti ilə bağlı dinləmələrin keçirilməsi təklif edilir

Milli Məclis Milli Məclis
Fazil Mustafanın yaralarının tikişləri sökülüb

Fazil Mustafanın yaralarının tikişləri sökülüb

Milli Məclis Milli Məclis
Media məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsi I oxunuşda qəbul olunub

Media məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsi I oxunuşda qəbul olunub

Milli Məclis Milli Məclis
Atalıq məzuniyyəti ilə bağlı qanun layihəsi hazırlanıb

Atalıq məzuniyyəti ilə bağlı qanun layihəsi hazırlanıb

Milli Məclis Milli Məclis
MM-in komitə sədri: “Bələdiyyə üzvlərinin sayı azaldılmalıdır”

MM-in komitə sədri: “Bələdiyyə üzvlərinin sayı azaldılmalıdır”

Milli Məclis Milli Məclis
Azərbaycan və Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn görüşü keçirilib

Azərbaycan və Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn görüşü keçirilib

Milli Məclis Milli Məclis
Sabahdan deputatların tətili başa çatır

Sabahdan deputatların tətili başa çatır

Milli Məclis Milli Məclis
Azərbaycanda ərzaq bazarı dövlət tərəfindən tənzimlənəcək

Azərbaycanda ərzaq bazarı dövlət tərəfindən tənzimlənəcək

Milli Məclis Milli Məclis
Sahibə Qafarova Fazil Mustafanın ailəsi ilə əlaqə saxlayıb, onun vəziyyəti ilə maraqlanıb

Sahibə Qafarova Fazil Mustafanın ailəsi ilə əlaqə saxlayıb, onun vəziyyəti ilə maraqlanıb

Milli Məclis Milli Məclis
“2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsinin MM-də müzakirəyə çıxarılacağı vaxt məlum olub - EKSKLÜZİV

“2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsinin MM-də müzakirəyə çıxarılacağı vaxt məlum olub - EKSKLÜZİV

Milli Məclis Milli Məclis
Milli Məclisin komitəsi nikah yaşının aşağı salınmasının səbəblərinin izah olunması üçün layihə hazırlayıb

Milli Məclisin komitəsi nikah yaşının aşağı salınmasının səbəblərinin izah olunması üçün layihə hazırlayıb