Bakıda avtomobildən 11 kiloqramdan çox narkotik aşkarlanıb

Bakıda avtomobildən 11 kiloqramdan çox narkotik aşkarlanıb

Bakının Nizami Rayon Polis İdarəsi əməkdaşları Masallı rayon sakini, əvvəllər məhkum olunan Orxan Məmmədovun avtomobilindən 11 kiloqramdan çox narkotik aşkarlayıb.

Bu barədə "Birxeber.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Ondan 50 ədəd metadon həbi götürülüb.

Polis əməkdaşları tərəfindən onun idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı isə oradan ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Narkotik vasitələrin 2 kiloqram 538 qramı heroin, 1 kiloqram 517 qramı metamfetamin, 7 kiloqramdan artığı isə marixuana olub.