Goranboyda 23 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirilib
Goranboyda yerli sakinə kəsici alətlə xəsarət alıb.
"Birxeber"un Qərb bürosunun məlumatına görə, Yuxarı Ağcakənd qəsəbəsində qeydə alınıb.
Rayon sakini, 23 yaşlı T.Cavadov sol qoltuq altı nahiyəsindən kəsici alətlə xəsarət alıb.
O, xəstəxanaya aparılıb.
Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.