Von der Leyen Ukraynaya yeni maliyyə yardımı təklif etdiyinə görə tənqid edilib

Von der Leyen Ukraynaya yeni maliyyə yardımı təklif etdiyinə görə tənqid edilib

Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyen Ukraynaya yenidən 50 milyard avro yardım ayırmaq təklifinə görə tənqid edilib.

APA xəbər verir ki, bu barədə Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində (keçmiş Twitter) fikirlərini bölüşüb.

Siyasətçi Von der Leyenin ideyasını dəlilik adlandırıb. “Bu o deməkdir ki, Fransa tərəfindən on milyard ayrılacaq. Bu, məsələn, Fransadakı əlli yeni xəstəxanaya bərabərdir!” - Filippo vurğulayıb.

O əlavə edib ki, heç kim Avropa Komissiyasının rəhbərinə vergi ödəyən ölkə sakinlərinin pulunu xərcləmək imkanı verməyib. O, həmçinin Avropa Parlamentində heç bir fransalı deputatın Ukraynaya başqa bir yardım paketinin əleyhinə səs verməməsinə təəccübləndiyini bildirib.