Türkiyənin vitse-prezidenti: “Hər birimiz seçkilərin nəticəsinə hörmət etməliyik”

Türkiyənin vitse-prezidenti: “Hər birimiz seçkilərin nəticəsinə hörmət etməliyik”

Türkiyənin vitse-prezidenti Fuat Oktay prezident və parlament seçkilərində iştirak edib.

“Birxeber.Az” xəbər verir ki, o, İstanbulda səs verib.

F.Oktay səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib ki, seçicilər səsvermədə fəal iştirak edirlər: “Bu tədbir bir növ demokratiya festivalıdır. Deyilməli olanlar artıq deyilib. İndi qərar xalqındır. Əlbəttə, hər birimiz nəticəyə hörmət edəcəyik”.

Vitse-prezident söyləyib ki, bütün dünya Türkiyədə seçki prosesini diqqətlə izləyir: “Dünyada Türkiyə qədər seçki prosesini şəffaf keçirən başqa ölkə, bəlkə də, yoxdur. Qərbdə seçkilərdə iştirak faizi adətən çox az olur. Bu mənada Türkiyədəki seçkilər həm də nümunədir. Seçkilərin nəticəsinin xeyirli olmasını arzu edirəm”.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Region Region
Moskvada "MiQ" qırıcıları üçün mühərrik hazırlayan zavodda yanğın olub, 3 nəfər yaralanıb

Moskvada "MiQ" qırıcıları üçün mühərrik hazırlayan zavodda yanğın olub, 3 nəfər yaralanıb

Region Region
KİV: "Üç dövlətin şirkətləri etrazçıların telefonlarının izlənilməsində İrana yardım edib"

KİV: "Üç dövlətin şirkətləri etrazçıların telefonlarının izlənilməsində İrana yardım edib"

Region Region
BMT: Ukrayna müharibəsində azı 4 634 mülki şəxs ölüb

BMT: Ukrayna müharibəsində azı 4 634 mülki şəxs ölüb

Region Region
Xaricdən Türkiyəyə daha 2 518 xilasedici göndəriləcək

Xaricdən Türkiyəyə daha 2 518 xilasedici göndəriləcək

Region Region
Türkiyədə zəlzələdə ölənlərin sayı 40642 nəfərə çatıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 40642 nəfərə çatıb

Region Region
Ermənistanda XİN başçısının müavini vəzifəsinə yeni təyinat olub

Ermənistanda XİN başçısının müavini vəzifəsinə yeni təyinat olub

Region Region
Səudiyyə Ərəbistanı və Türkiyə müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək

Səudiyyə Ərəbistanı və Türkiyə müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək

Region Region
Ukraynanın Baş naziri: "2023-cü ildə büdcəyə 55 milyard dollardan çox vəsait tələb olunacaq"

Ukraynanın Baş naziri: "2023-cü ildə büdcəyə 55 milyard dollardan çox vəsait tələb olunacaq"

Region Region
Türkiyəli nazir: "Əsas arzumuz seçkilərin nəticəsinin xalqın iradəsi ilə müəyyənləşməsidir"

Türkiyəli nazir: "Əsas arzumuz seçkilərin nəticəsinin xalqın iradəsi ilə müəyyənləşməsidir"

Region Region
İranda etiraz aksiyalarının 109 iştirakçısı edam oluna bilər

İranda etiraz aksiyalarının 109 iştirakçısı edam oluna bilər

Region Region
Türkiyədə 150 saat sonra dağıntılar altından 3 yaşlı qız sağ çıxarılıb

Türkiyədə 150 saat sonra dağıntılar altından 3 yaşlı qız sağ çıxarılıb

Region Region
İbrahim Kalın: “Türkiyə Ukraynadakı müharibənin ədalətli həlli üçün səylərini davam etdirəcək”

İbrahim Kalın: “Türkiyə Ukraynadakı müharibənin ədalətli həlli üçün səylərini davam etdirəcək”