Dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib

Dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən “Birxeber.Az”a bildirilib ki, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 73 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB2 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 5 nəfər, AC4 altqrupu üzrə 5 nəfər olmaqla, ümumilikdə 16 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün mayın 15-dən 26-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;

əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 15-17 may tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

Elm və təhsil Elm və təhsil
Emin Əmrullayev: "Şagird sıxlığı ilə təhsilin keyfiyyəti arasında elə də əlaqə yoxdur"

Emin Əmrullayev: "Şagird sıxlığı ilə təhsilin keyfiyyəti arasında elə də əlaqə yoxdur"

Elm və təhsil Elm və təhsil
Bu gün Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günüdür

Elm və təhsil Elm və təhsil
Bakı-Quba yolunda xəsarət alan müəllimlər evə buraxılıb

Bakı-Quba yolunda xəsarət alan müəllimlər evə buraxılıb

Elm və təhsil Elm və təhsil
Naxçıvanda tələbələrin “Qış məktəbi”nə start verilib

Naxçıvanda tələbələrin “Qış məktəbi”nə start verilib

Elm və təhsil Elm və təhsil
IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib, 1 nəfər içəri buraxılmayıb - YENİLƏNİB

IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib, 1 nəfər içəri buraxılmayıb - YENİLƏNİB

Elm və təhsil Elm və təhsil
Tarixçi-etnoqraf Teymur Bünyadov vəfat edib

Tarixçi-etnoqraf Teymur Bünyadov vəfat edib

Elm və təhsil Elm və təhsil
Emin Əmrullayev “Son zəng” tədbirləri haqqında əmr imzalayıb

Emin Əmrullayev “Son zəng” tədbirləri haqqında əmr imzalayıb

Elm və təhsil Elm və təhsil
Bakıda məktəbdə halı pisləşən şagird vəfat edib

Bakıda məktəbdə halı pisləşən şagird vəfat edib

Elm və təhsil Elm və təhsil
Keçən il yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçuları barədə 103 intizam tənbeh tədbiri görülüb

Keçən il yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçuları barədə 103 intizam tənbeh tədbiri görülüb

Elm və təhsil Elm və təhsil
“Türkiye Bursları” çərçivəsində təhsil hüququ qazananlar müəyyənləşib

“Türkiye Bursları” çərçivəsində təhsil hüququ qazananlar müəyyənləşib

Elm və təhsil Elm və təhsil
Təhsillə bağlı iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

Təhsillə bağlı iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

Elm və təhsil Elm və təhsil
BDU-nun 5 illik akkreditasiya şəhadətnaməsi təqdim edilib

BDU-nun 5 illik akkreditasiya şəhadətnaməsi təqdim edilib