Türkiyəli nazir: "Seçicilərin fəallığı kifayət qədər yüksəkdir"

Türkiyəli nazir: "Seçicilərin fəallığı kifayət qədər yüksəkdir"

"Səsvermə prosesində seçicilərin fəallığı kifayət qədər yüksəkdir".

“Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Trabzonda prezident və parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

"Seçkilərin nəticəsinin xeyirli olmasını arzulayıram. Müşahidə olunan fəallıq demokratiyaya inamın təzaharüdür. İnşallah, millətimiz onlara yaradılan fürsəti dəyərləndirəcək. Bu dəyərləndirmənin nəticəsinə uyğun olaraq biz fəaliyyətimizi davam edəcəyik", - o bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Region Region
Türkiyənin Düzcə şəhərində yenidən zəlzələ olub

Türkiyənin Düzcə şəhərində yenidən zəlzələ olub

Region Region
“Vaqner” qrupunun 120 texnikadan ibarət 6-cı kolonu Belarusa daxil olub

“Vaqner” qrupunun 120 texnikadan ibarət 6-cı kolonu Belarusa daxil olub

Region Region
Türkiyə və Rusiya liderləri Cənubi Qafqazdakı durumu müzakirə ediblər

Türkiyə və Rusiya liderləri Cənubi Qafqazdakı durumu müzakirə ediblər

Region Region
Rusiyada ağır yol-nəqliyyat hadisəsi olub, 5 nəfər ölüb

Rusiyada ağır yol-nəqliyyat hadisəsi olub, 5 nəfər ölüb

Region Region
Rusiya nüvə silahından istifadə edəcəyinə dair iddialara münasibət bildirib

Rusiya nüvə silahından istifadə edəcəyinə dair iddialara münasibət bildirib

Region Region
Stoltenberq İsveçdə islamofobiya təzahürlərini pisləyib

Stoltenberq İsveçdə islamofobiya təzahürlərini pisləyib

Region Region
NATO-nun keçmiş Baş katibi mükafat müqabilində Ermənistana səfər edib

NATO-nun keçmiş Baş katibi mükafat müqabilində Ermənistana səfər edib

Region Region
Şoyqu: “Rusiya Silahlı Qüvvələri şəxsi heyətini 1,5 milyon nəfərə çatdıracaq”

Şoyqu: “Rusiya Silahlı Qüvvələri şəxsi heyətini 1,5 milyon nəfərə çatdıracaq”

Region Region
Ukrayna rəsmisi İranın PUA zavodlarını darmadağın etməyə çağırıb

Ukrayna rəsmisi İranın PUA zavodlarını darmadağın etməyə çağırıb

Region Region
Vaqe Varsanyan: “Ermənistanın nazirinin hiyləgərliyi xəstələrin vəziyyətini ağırlaşdırıb“

Vaqe Varsanyan: “Ermənistanın nazirinin hiyləgərliyi xəstələrin vəziyyətini ağırlaşdırıb“

Region Region
Rusiya ordusu Xarkovda mülki avtomobili vurub, 4 nəfər ölüb

Rusiya ordusu Xarkovda mülki avtomobili vurub, 4 nəfər ölüb

Region Region
ABŞ institutu: “Rusiya ordusunun hələlik Odessaya girmək imkanı yoxdur”

ABŞ institutu: “Rusiya ordusunun hələlik Odessaya girmək imkanı yoxdur”