Şəmkirdə yol qəzası olub, ölən var

Şəmkirdə yol qəzası olub, ölən var

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına hadisə, rayonun Yeni Həyat kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxaraq əks yolla hərəkət edən "Nissan" markalı avtomobilə çırpılıb. Qəza zamanı "VAZ 2106"-nın sürücüsü, 31 yaşlı Bayram Qasımov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.