“Azercell” məhsulları artıq “Azərpoçt” məntəqələrində!

“Azercell” məhsulları artıq “Azərpoçt” məntəqələrində!

“Azərpoçt”un Bakı və Abşeron məntəqələrində təqdim edilən “Azercell” xidmətləri yaxın gələcəkdə bütün şöbələrdə mümkün olacaq.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan ölkənin lider mobil operatoru “Azercell Telekom” abunəçiləri üçün rahat bağlantını təmin etmək məqsədilə mobil operatorlar arasında ilk dəfə olaraq “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət ilə yeni formatda əməkdaşlığa başlayır. Belə ki, hazırda Bakı və Abşeron üzrə “Azərpoçt” məntəqələrində “Azercell”in ödəmə kartları və digər xidmətlərinin göstərilməsi artıq təmin olunub. Xidmətlərin gələcəkdə bütün ölkəni əhatə etməsi nəzərdə tutulur. Qeyd edək ki, həmin məntəqələrdə xüsusi təlim keçmiş “Azərpoçt” əməkdaşları abunəçilərin “Azercell” xidmətləri ilə bağlı suallarını cavablandıracaq, bir çox müştəri əməliyyatlarını həyata keçirə biləcəklər.

Paytaxt və bölgələr boyu fəaliyyət göstərən “Azercell” Müştəri Xidmətləri Mərkəzləri, “Azercell Eksklüziv” ofisləri və “Azercell”in rəsmi diler məntəqələrində abunəçilər üçün mümkün olan xidmət çeşidləri yaxın zamanda “Azərpoçt” məntəqələri vasitəsilə də vətəndaşlara təqdim ediləcək.

Xatırladaq ki, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə ənənəvi poçt xidmətləri, bank, sığorta və s. kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və s. kimi maliyyə xidmətləri, eləcə də, elektron hökumət və biznes xidmətlərini təqdim edir. Ölkəmizin ən qədim rabitə qurumu olan “Azərpoçt” ilə ölkənin aparıcı mobil rabitə operatoru “Azercell Telekom”un əməkdaşlığı hər iki təşkilat üçün əhaliyə daha rahat və keyfiyyətli xidmət göstərməyə imkan yaradacaq.

Birxeber
--- ---
Bakıda “şir kükrəməsi” sakinlərin marağına səbəb olub - FOTO

Bakıda “şir kükrəməsi” sakinlərin marağına səbəb olub - FOTO

--- ---
“Azercell” məhsulları artıq “Azərpoçt” məntəqələrində!

“Azercell” məhsulları artıq “Azərpoçt” məntəqələrində!

--- ---
“Nar” Beynəlxalq Kitab günü münasibətilə sosial media müsabiqəsinə start verir

“Nar” Beynəlxalq Kitab günü münasibətilə sosial media müsabiqəsinə start verir

--- ---
Yelo Bank-da onlayn kredit - sərfəli və sürətli!

Yelo Bank-da onlayn kredit - sərfəli və sürətli!

--- ---
Bakcell eSIM istifadəyə verdi – Azərbaycanda ilk 

Bakcell eSIM istifadəyə verdi – Azərbaycanda ilk 

--- ---
“Bank of Baku”-dan aztəminatlı ailələrə Ramazan Sovqatı! - FOTO

“Bank of Baku”-dan aztəminatlı ailələrə Ramazan Sovqatı! - FOTO

--- ---
"Azercell"in baş sponsorluğu ilə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb - FOTO

"Azercell"in baş sponsorluğu ilə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb - FOTO

--- ---
“Toyota” ikinci dəfə “Toyota Abşeron Mərkəzi”ni ən yaxşı diler kimi mükafatlandırıb

“Toyota” ikinci dəfə “Toyota Abşeron Mərkəzi”ni ən yaxşı diler kimi mükafatlandırıb

--- ---
Yelo Bank-dan 100 000 manatadək mikro biznes krediti

Yelo Bank-dan 100 000 manatadək mikro biznes krediti

--- ---
Bakıda İİV infeksiyalarının müalicəsilə bağlı müasir müalicə üsulları müzakirə olundu - FOTO

Bakıda İİV infeksiyalarının müalicəsilə bağlı müasir müalicə üsulları müzakirə olundu - FOTO

--- ---
Özəl məktəbdə tam ödənişsiz təhsil imkanı əldə edin! - FOTO

Özəl məktəbdə tam ödənişsiz təhsil imkanı əldə edin! - FOTO

--- ---
“Optimal İstiqrazları” 22% gəlir qazandırır

“Optimal İstiqrazları” 22% gəlir qazandırır