ABŞ-də təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-də təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-nin Florida ştatının Kliruoter şəhərində “Beechcraft Bonanza V35” təyyarəsi qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” yerli yanğınsöndürmə xidmətinin rəhbəri Skott Elersə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, təyyarənin evin üzərinə düşməsi nəticəsində pilot daxil olmaqla, bir neçə nəfər ölüb. O, hadisə nəticəsində ölən və ya yaralanan insanların dəqiq sayını açıqlamayıb.

CNN-nin xəbərinə görə, pilot qəzadan əvvəl təyyarənin mühərrikində nasazlıq olduğu barədə məlumat vermişdi.