DSX-nin hərbi hissələrində gənc əsgərlər and içiblər

DSX-nin hərbi hissələrində gənc əsgərlər and içiblər

May ayının 12-də Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə "Birxeber.Az"a qurumun Mətbuat Mərkəzindən bildirilib.

Mərasimlərdə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, dövlət başçısının tapşırığı əsasında cari ilin aprel ayının 23-də Ermənistan-Azərbaycan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki körpünün üstündə sərhəd-buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımızın qaldırılması ilə sərhədlərimizin bütövlüyünün təmin edilməsini xüsusi vurğulayıblar.

Vətənə, dövlətə, xalqa və dövlətçiliyə sədaqət andı içərək müqəddəs dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlər hərbi anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər.

Valideynlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Andiçmə mərasimi başa çatdıqdan sonra valideynlərlə görüş keçirilmiş, onları maraqlandıran suallar cavablandırılıb.

HƏRBİ HƏRBİ
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

HƏRBİ HƏRBİ
Prezidentin köməkçisi: “Qanunsuz erməni silahlı birləşmələri sentyabrın 19-da Şuşanı ağır artilleriya ilə bombalayıblar”

Prezidentin köməkçisi: “Qanunsuz erməni silahlı birləşmələri sentyabrın 19-da Şuşanı ağır artilleriya ilə bombalayıblar”

HƏRBİ HƏRBİ
Ermənistan silahlı qüvvələrinə məxsus növbəti kvadrokopter ələ keçirilib

Ermənistan silahlı qüvvələrinə məxsus növbəti kvadrokopter ələ keçirilib

HƏRBİ HƏRBİ
Zəlzələdən sonra Türkiyəyə göndərilən Azərbaycanın hərbi həkimləri Vətənə qayıdıb

Zəlzələdən sonra Türkiyəyə göndərilən Azərbaycanın hərbi həkimləri Vətənə qayıdıb

HƏRBİ HƏRBİ
Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub

HƏRBİ HƏRBİ
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir

HƏRBİ HƏRBİ
Qazimiz Polad Rzayev Heydər Əliyev zirvəsinə qalxıb, oradan bütün zirvələri fəth etməyə hazırıq mesajını verib - VİDEO

Qazimiz Polad Rzayev Heydər Əliyev zirvəsinə qalxıb, oradan bütün zirvələri fəth etməyə hazırıq mesajını verib - VİDEO

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunun tank heyətlərinin peşəkarlığı artırılır

Azərbaycan Ordusunun tank heyətlərinin peşəkarlığı artırılır

HƏRBİ HƏRBİ
Müdafiə naziri bu il Azərbaycan və Türkiyə hərbçilərinin birgə keçirdiyi hərbi təlimlərin sayını açıqlayıb - EKSKLÜZİV

Müdafiə naziri bu il Azərbaycan və Türkiyə hərbçilərinin birgə keçirdiyi hərbi təlimlərin sayını açıqlayıb - EKSKLÜZİV

HƏRBİ HƏRBİ
Azərbaycan MN: "Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulur"

Azərbaycan MN: "Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulur"

HƏRBİ HƏRBİ
Kəlbəcərdə minaya düşərək xəsarət alan hərbçilərin son durumu açıqlanıb

Kəlbəcərdə minaya düşərək xəsarət alan hərbçilərin son durumu açıqlanıb

HƏRBİ HƏRBİ
Hərbi atteşelər ADA Universitetində olublar

Hərbi atteşelər ADA Universitetində olublar