Neft qiymətləri cüzi artıb

Neft qiymətləri cüzi artıb

Dünya bazarında etalon neft qiymətləri cüzi artıb.

“Birxeber.Az” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 1 barel üçün 79,07 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,47 % çoxdur.

Nyu-York əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersləri 0,41 % bahalaşaraq 1 barel üçün 74,12 ABŞ dolları olub.