Azərbaycanın iki cüdoçusu "Böyük Dəbilqə"də mübarizəyə başlayır

Azərbaycanın iki cüdoçusu "Böyük Dəbilqə"də mübarizəyə başlayır

Azərbaycan cüdo millisinin 2 üzvü bu gün Fransanın paytaxtı Parisdə start götürəcək “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq.

“Birxeber.Az” xəbər verir ki, ilk yarış günündə Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) tatamiyə çıxacaqlar.

60 kq

Nazir Talıbov – Artyom Leşuk (Ukrayna)

Əhməd Yusifov – Mehrzod Sufiyev (Tacikistan)

Üç gün davam edəcək yarışda ölkəmizi ümumilikdə 9 cüdoçu təmsil edəcək. Qarşıdakı günlərdə həmçinin Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) güclərini sınayacaqlar.

Qeyd edək ki, “Böyük Dəbilqə”də 92 ölkədən 500-dən çox cüdoçu iştirak edir. Çempion 1000, ikinci olan 700, üçüncü yeri tutаn idmançı isə 500 reytinq xalı qazanacaq.