Nazir: "Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi xüsusi ehtiramın təzahürüdür"

Nazir: "Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi xüsusi ehtiramın təzahürüdür"

"Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi, türk dünyası tərəfindən Şuşaya olan xüsusi ehtiramın təzahürüdür"

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı-2023”ün rəsmi açılış mərasimində deyib.

Nazir xatırladıb ki, Şuşa azərbaycanlılar üçün olduqca böyük mənəvi əhəmiyyəti olan bir şəhərdir: "Bu şəhər xalqımızın taleyində, onun tarixində, mədəniyyətində, milli inkişaf yolunda böyük əhəmiyyətə malikdir. Şuşa şairlər, yazıçılar, rəssamlar, memarlar, bəstəkarlar şəhəridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqımızın mədəniyyət mərkəzi olan Şuşaya və xalqımızın mədəni irsinin qorunmasına xüsusi önəm verirdi. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 30 illik erməni işğalı dövründə Şuşa, o cümlədən Azərbaycanın 20 faiz ərazisi dağıdılıb, talan edilib. İşğal dövründə ümumi türk dünyasının mədəni irsi hesab edilən məscidlər, mədrəsələr, görkəmli şəxsiyyətlərin evləri, qəbirüstü abidələr və digər mədəni irs nümunələri erməni vandalizminə məruz qalıb".

A.Kərimli vurğulayıb ki, bu gün Şuşa və bütün Qarabağ öz intibah dövrünü yaşayır: "Qələbədən qısa müddət keçməsinə baxmayaraq şəhərlərimizin, kəndlərimizin, tarix-mədəniyyət abidələrimizin məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun qısa müddətdə kompleks bərpası və yenidən qurulması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır".

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Düşənbədə “Dostluq Axşamı” konsert proqramı keçirilib - YENİLƏNİB

Düşənbədə “Dostluq Axşamı” konsert proqramı keçirilib - YENİLƏNİB

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Gəncədə məşhur bəstəkarın adına park salınıb

Gəncədə məşhur bəstəkarın adına park salınıb

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Türkiyə serialında Azərbaycan xəritəsi ilə bağlı səhv aradan qaldırılıb, üzr istənilib

Türkiyə serialında Azərbaycan xəritəsi ilə bağlı səhv aradan qaldırılıb, üzr istənilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Ərdoğan yazıçı Elçinə “Necip Fazıl” mükafatını verib

Ərdoğan yazıçı Elçinə “Necip Fazıl” mükafatını verib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
“Qardaşlıq Dastanı” Azərbaycanda nümayiş olunacaq

“Qardaşlıq Dastanı” Azərbaycanda nümayiş olunacaq

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Azərbaycanın mədəniyyət naziri UNESCO-ya çağırış edib

Azərbaycanın mədəniyyət naziri UNESCO-ya çağırış edib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Ukraynalı məşhur aktrisa vəfat edib

Ukraynalı məşhur aktrisa vəfat edib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub

Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olub

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
İkinci Dünya müharibəsi zamanı yəhudiləri gizlədən polşalı ailəyə həsr edilmiş film Bakıda nümayiş olunub

İkinci Dünya müharibəsi zamanı yəhudiləri gizlədən polşalı ailəyə həsr edilmiş film Bakıda nümayiş olunub

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
ABŞ-da ilk dəfə Azərbaycan haqqında nəşrlər ictimai kitabxana sisteminə daxil edilib

ABŞ-da ilk dəfə Azərbaycan haqqında nəşrlər ictimai kitabxana sisteminə daxil edilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Növbəti ANİMAFİLM festivalının müsabiqə iştirakçıları bəlli olub

Növbəti ANİMAFİLM festivalının müsabiqə iştirakçıları bəlli olub

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Azərbaycanın zorxana idman növü UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib

Azərbaycanın zorxana idman növü UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib