Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması qaydası təkmilləşdirilir

Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması qaydası təkmilləşdirilir

Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması qaydası təkmilləşdirilir.

"Report" xəbər verir ki, bununla bağlı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihədə qeyd edilib ki, yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır.

Yoxlayıcı orqan bu Qanuna əsasən görülmüş işlər barədə yarımillik məlumatı ildə iki dəfə (yanvarın və iyulun 15-dək) yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.

Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə və buqanunda nəzərdə tutulmuş yarımillik məlumatları ümumiləşdirərək, ildə iki dəfə (fevralın və avqustun 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.

Eyni zamanda layihədə təlim planlarına dair müfəssəl müddəalar əlavə olunur. Eyni zamanda, layihədə illik planların məzmunu və hazırlanma (yerləşdirmə) müddətləri göstərilir. Hər iki maddə yoxlayıcı orqanların fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılmasına xidmət edir.

Həmçinin Layihədə nəzərdə tutulan əlavələrdə yoxlama suallarına dair tələblər, o cümlədən sualların konkret müəyyənləşdirilməsi, risk mütənasibliyi əsasında formalaşdırılması kimi məsələlər öz əksini tapır. Bu yanaşma yoxlama prosesində yoxlayıcılar tərəfindən sui-istifadə hallarının azaldılmasına xidmət edəcək. Belə ki, Yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələbləri əks etdirməli, risklərə əsaslanmalıdır. Yoxlama sualları aydın və birmənalı tərtib olunmalıdır. Sualların prioritetliyi onlara təyin olunmuş müxtəlif xüsusi çəki (bal) üzrə müəyyən edilməlidir. Hər bir yoxlama suallının siyahısının elə bir qiymətləndirmə sistemi olmalıdır ki, yoxlamadan sonra yoxlama obyektinin risk səviyyəsini müəyyənləşdirməyə imkan versin. Hər bir sual üçün fərqli xüsusi çəki (bal) risk dərəcəsinə mütənasib olmalıdır.

Müzakirələrdən sonra qanun layihəsi I oxunuşda qəbul edilib.

Milli Məclis Milli Məclis
Parlament gələn il üçün yaşayış minimumu layihəsini ikinci oxunuşda qəbul edib

Parlament gələn il üçün yaşayış minimumu layihəsini ikinci oxunuşda qəbul edib

Milli Məclis Milli Məclis
Deputat: “Son vaxtlar idmançılar arasında həbslərin olması cəmiyyəti düşündürür”

Deputat: “Son vaxtlar idmançılar arasında həbslərin olması cəmiyyəti düşündürür”

Milli Məclis Milli Məclis
ADNSU rektoru: "2011-ci ildən heç bir universitet bir manat da olsa maliyyə almayıb"

ADNSU rektoru: "2011-ci ildən heç bir universitet bir manat da olsa maliyyə almayıb"

Milli Məclis Milli Məclis
“Ana harayı” abidəsi ziyarətinin rəsmi protokola daxil edilməsi təklif olunur

“Ana harayı” abidəsi ziyarətinin rəsmi protokola daxil edilməsi təklif olunur

Milli Məclis Milli Məclis
Azərbaycan GUÖAM-la bağlı protokol sənədini təsdiqləyib

Azərbaycan GUÖAM-la bağlı protokol sənədini təsdiqləyib

Milli Məclis Milli Məclis
Qanunvericiliyə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı yeni fəsil əlavə olunur

Qanunvericiliyə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı yeni fəsil əlavə olunur

Milli Məclis Milli Məclis
Səməd Seyidov AŞPA-nın Daimi Komitəsinin iclasında iştirak etmək üçün İslandiyaya gedir

Səməd Seyidov AŞPA-nın Daimi Komitəsinin iclasında iştirak etmək üçün İslandiyaya gedir

Milli Məclis Milli Məclis
MM taksi fəaliyyətinə dair yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklikləri ilk oxunuşda qəbul edib

MM taksi fəaliyyətinə dair yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklikləri ilk oxunuşda qəbul edib

Milli Məclis Milli Məclis
Sahibə Qafarova Ukrayna Ali Radasının sədr müavininə təşəkkür edib

Sahibə Qafarova Ukrayna Ali Radasının sədr müavininə təşəkkür edib

Milli Məclis Milli Məclis
Milli Məclis iki sazişi ratifikasiya edəcək

Milli Məclis iki sazişi ratifikasiya edəcək

Milli Məclis Milli Məclis
Milli Məclis Fransanın anti-Azərbaycan fəaliyyətilə bağlı Azərbaycan Hökumətinə çağırış edib - TAM MƏTN

Milli Məclis Fransanın anti-Azərbaycan fəaliyyətilə bağlı Azərbaycan Hökumətinə çağırış edib - TAM MƏTN

Milli Məclis Milli Məclis
Parlament partiyalarının maliyyələşdirilməsinə dair layihə l oxunuşda təsdiqlənib

Parlament partiyalarının maliyyələşdirilməsinə dair layihə l oxunuşda təsdiqlənib