Anar Məmmədov: "SOCAR-ın Türkiyədə yeni neft-kimya layihəsinin reallaşdırılması gündəmdədir"

Anar Məmmədov: "SOCAR-ın Türkiyədə yeni neft-kimya layihəsinin reallaşdırılması gündəmdədir"

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" şirkətinin BP şirkəti ilə birgə həyata keçirməli olduğu yeni neft-kimya layihəsi olan "Mercury" hazırda tamamilə dayandırılıb, lakin bazar şərtlərindən asılı olaraq başqa bir şirkətlə davam etdirilə bilər.

"Report"un Türkiyənin İzmir şəhərinə ezam edilmiş müxbirinin verdiyi məlumata görə, bu barədə "SOCAR Türkiyə" Emal və Neft-Kimya bölməsinin rəhbəri və "Petkim Petrokimya Holding"in Baş direktoru Anar Məmmədov bu gün keçirilən mətbuat konfransında "Report"un sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, bu layihənin dayandırılmasının iki səbəbi var: "Bunun ilk səbəi BP şirkətinin ümumilikdə bütün dünyada neft-kimya istehsalına yatırımların dayandırması ilə bağlı qərar verməsi olub".

A.Məmmədov deyir ki, bunun ikinci səbəbi isə neft-kimya istehsalı sahəsində bazar şərtlərinin dəyişməsidir: "5 il əvvəl olan bazar şərtləri bu gün artıq uyğun gəlmir. Amma bu o demək deyil ki, bu layihə bizim gündəmdən çıxıb. Bu layihə yenə də bizim üçün gündəmdir. Bazar şətləri uyğun olarsa, biz bu layihəni başqa bir şirkətlə davam etdirəcəyik".

SOCAR rəsmisinin sözlərinə görə, bu gün neft-kimya SOCAR-ın əsas strategiyasında önəmli yer tutur: "Neft-kimyanı və neft-kimya məhsullarının əvəz edəcək məhsul hələki yoxdur. Bu səbəbdən də bu layihə hər zaman bizim üçün gündədmdə olacaq".

Energetika Energetika
SOCAR və “China Energy International Group" rentabelli layihələrin reallaşdırılmasını müzakirə edib

SOCAR və “China Energy International Group" rentabelli layihələrin reallaşdırılmasını müzakirə edib

Energetika Energetika
Blinken: “Bolqarıstan 2024-cü ildə qaza olan ehtiyacını Azərbaycan və ABŞ hesabına qarşılayacaq”

Blinken: “Bolqarıstan 2024-cü ildə qaza olan ehtiyacını Azərbaycan və ABŞ hesabına qarşılayacaq”

Energetika Energetika
Ekspert: “SGC enerji sabitliyinin təmin edilməsi baxımından Macarıstan üçün vacibdir”

Ekspert: “SGC enerji sabitliyinin təmin edilməsi baxımından Macarıstan üçün vacibdir”

Energetika Energetika
“Azəriqaz”: “Bu il abonentlərin 68,8 %-i aşağı qaz istifadəsi limitini keçməyib”

“Azəriqaz”: “Bu il abonentlərin 68,8 %-i aşağı qaz istifadəsi limitini keçməyib”

Energetika Energetika
“Brent” neftinin qiyməti 11 aydan sonra ilk dəfə 78 dollardan aşağı düşüb

“Brent” neftinin qiyməti 11 aydan sonra ilk dəfə 78 dollardan aşağı düşüb

Energetika Energetika
Azərbaycan Aİ ilə Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin yaradılmasını müzakirə edib

Azərbaycan Aİ ilə Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin yaradılmasını müzakirə edib

Energetika Energetika
Azərbaycan neftinin qiyməti cüzi azalıb

Azərbaycan neftinin qiyməti cüzi azalıb

Energetika Energetika
SOCAR prezidenti Özbəkistanın energetika nazirinin müavini ilə görüşüb

SOCAR prezidenti Özbəkistanın energetika nazirinin müavini ilə görüşüb

Energetika Energetika
"Fitch" SOCAR-ın reytinqi ilə bağlı proqnozu yüksəldib

"Fitch" SOCAR-ın reytinqi ilə bağlı proqnozu yüksəldib

Energetika Energetika
Prezident: "Azərbaycan qaz təchizatını artırmaqla Avropanın enerji təhlükəsizliyinə töhfə verdi"

Prezident: "Azərbaycan qaz təchizatını artırmaqla Avropanın enerji təhlükəsizliyinə töhfə verdi"

Energetika Energetika
"Azəri Mərkəzi Şərqi" layihəsinə 3 milyard dollara yaxın pul ayrılıb

"Azəri Mərkəzi Şərqi" layihəsinə 3 milyard dollara yaxın pul ayrılıb

Energetika Energetika
Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 8 % artıb

Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 8 % artıb