Ulu Öndərin ABŞ-dakı büstünün müəllifi: “Heydər Əliyevdə əsl liderin unikal vəhdəti vardı”

Ulu Öndərin ABŞ-dakı büstünün müəllifi: “Heydər Əliyevdə əsl liderin unikal vəhdəti vardı”

“Heydər Əliyevdə insanlıq, möhkəmlik, zəriflik və əsl liderin unikal vəhdəti vardı”.

Bunu "Birxeber.Az"un ABŞ bürosuna müsahibəsində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində qoyulan bürünc büstün müəllifi, dünyaca məşhur heykəltəraş Sergey Eylanbekov deyib.

"Heydər Əliyevin heykəlini ürəyimin dərinliklərində ona hiss etdiyim sevgidən güc alaraq yaratmışam", - o vurğulayıb.

Rusyada doğulan və uzun illərdir Amerikada fəaliyyət göstərən sənətkar deyib ki, ikinci dəfədir, Heydər Əliyevin abidəsini yaradıb: "Atam Azərbaycanda doğulub. Mən Azərbaycanda doğulub boya-başa çatmasam da, Azərbaycana məni bağlayan güçlü bağlar var. Elə Azərbaycanın qurucusu Heydər Əliyevə olan sonsuz sevgim bunlardan biridir”.

Sergey Eylanbekov Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən də danışıb:

“Heydər Əliyev müstəsna lider idi, tarixin ən çətin dövrlərində Azərbaycanı inşa etdi və bu, olduqca böyük nailiyyət idi. Bir sənətkar kimi mən Heydər Əliyev dünyasını bu gün yenidən bürünc heykəlimlə birləşdirdim. Bu, ilk əsərim deyil. Belə ki, 2012-ci ildə ilk dəfə hazırladığım Ulu Öndər Heydər Əliyevin bütöv portertinin əks olunduğu heykəl Azərbaycan Diplomatik Akademiyasının şəhərciyində qoyuldu. Həmin gün mənim üçün olduqca vacib idi. Düşünürəm ki, ADA Universitetinin olduğu mütərəqqi mühitdəki Heydər Əliyev heykəli sonsuzadək mövcud olacaq. Mən o heykəli ürəyimin ən dərinliklərində Heydər Əliyevə hiss etdiyim sevgidən güc alaraq yaratmışdım”.

“Xoşbəxtəm ki, yenidən mənə Heydər Əliyev dünyasını yaratmak həvalə olundu. Mən Heydər Əliyevin simasına hopmuş bütöv mükəməlliyi və bu elementi bir arada tutan hisslərimdən istifadə edərək əsərimi yaratdım.

Bu gün bura gələn qonaqlardan əsərimlə bağlı çox gözəl sözlər eşitdim. Mənə dedilər ki, Heydər Əliyevin üz çizgilərini, ona məxsus olan həm zəhimli, həm də mülayim simasını hisslərin bir qədər çətin əks olunduğu bürünc heykələ gözəl işləmisəm. Düşünürəm ki, bu mükəmməl əsər ömrüm boyu qazandığım təcrübələr və ən əsası Heydər Əliyevə olan böyük sevgimin nəticəsidir".

Xarici siyasət Xarici siyasət
Kasım-Jomart Tokayev: "Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir"

Kasım-Jomart Tokayev: "Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir"

Xarici siyasət Xarici siyasət
Səfir: “Böyük Britaniya iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanı dəstəkləyir”

Səfir: “Böyük Britaniya iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanı dəstəkləyir”

Xarici siyasət Xarici siyasət
Azərbaycandakı diplomatlar qanunsuz erməni silahlılarının xarici təyyarələrə müdaxilələri barədə məlumatlandırılıb

Azərbaycandakı diplomatlar qanunsuz erməni silahlılarının xarici təyyarələrə müdaxilələri barədə məlumatlandırılıb

Xarici siyasət Xarici siyasət
Azərbaycandan Türkiyəyə göndərilən yardımların həcmi açıqlanıb

Azərbaycandan Türkiyəyə göndərilən yardımların həcmi açıqlanıb

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyevin Albaniyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

Prezident İlham Əliyevin Albaniyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Azərbaycanın NATO-dakı nümayəndəsi: “Ermənistan Laçın yolundakı durumla bağlı dünyanı aldada bilməz”

Azərbaycanın NATO-dakı nümayəndəsi: “Ermənistan Laçın yolundakı durumla bağlı dünyanı aldada bilməz”

Xarici siyasət Xarici siyasət
“Qlobal qeyri-sabitlik şəraitində ikitərəfli əməkdaşlığın perspektivləri” adlı onlayn konfrans keçiriləcək

“Qlobal qeyri-sabitlik şəraitində ikitərəfli əməkdaşlığın perspektivləri” adlı onlayn konfrans keçiriləcək

Xarici siyasət Xarici siyasət
XİN: "Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzərində işləməyə davam edəcək"

XİN: "Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzərində işləməyə davam edəcək"

Xarici siyasət Xarici siyasət
Şimali Kiprin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib

Şimali Kiprin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib

Xarici siyasət Xarici siyasət
Kreml: "Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkilinə yardım göstərməyə hazırıq"

Kreml: "Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkilinə yardım göstərməyə hazırıq"

Xarici siyasət Xarici siyasət
İsmayıl Serageldin: “Zəngin ölkələr pandemiyadan sonra daha yaxşı bərpa olunublar”

İsmayıl Serageldin: “Zəngin ölkələr pandemiyadan sonra daha yaxşı bərpa olunublar”

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov: “Biz hər zaman ikitərəfli görüş keçirmək fürsətindən istifadə edirik”

Ceyhun Bayramov: “Biz hər zaman ikitərəfli görüş keçirmək fürsətindən istifadə edirik”