Ukrayna klublarının avrokuboklardakı ev oyunlarının yeri bəlli olub

Ukrayna klublarının avrokuboklardakı ev oyunlarının yeri bəlli olub

Ukrayna klublarının yeni mövsümdə avrokubok matçlarını keçirəcəkləri ölkə bəlli olub.

"Birxeber" yerli mətbuata istinadən xəbər verir ki, ölkə təmsilçiləri rəqiblərini Polşada qəbul edəcək.

Ukraynanın Çempionlar Liqasındakı təmsilçiləri - Donetsk "Şaxtyor"u ev matçlarıını paytaxt Varşavada, Kiyev "Dinamo"su isə Vrotslav şəhərində oynayacaq.

UEFA Konfrans Liqasında mübarizə aparacaq "Zarya" və "Vorskla" Lodz şəhərini seçiblər. Avropa Liqasına vəsiqə qazanan "Dnepr-1" komandası isə hələlik seçim etməyib.

Qeyd edək ki, Ukrayna yığmaları və klubları ölkədəki müharibə səbəbindən beynəlxalq arenadakı ev oyunlarını neytral meydanda keçirirlər.