Qubada avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlanıb

Qubada avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlanıb

Qubada avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Rasim Hüseynov saxlanılıb.

Həmin şəxsin üzərindən satmaq məqsədilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək müsadirə edilib.

Bundan başqa, həmin şəxsin üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rasim Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilib.