Husilər Qırmızı dənizdə Britaniyanın ticarət gəmisinə hücum edib

Husilər Qırmızı dənizdə Britaniyanın ticarət gəmisinə hücum edib

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı – husilər Qırmızı dənizdə İsrailə gedən Britaniya ticarət gəmisinə hücum edib.

“Birxeber.Az”un məlumatına görə, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya sosial şəbəkədə yazıb.

“Yəmən donanması Qırmızı dəniz vasitəsilə işğal olunmuş Fələstin ərazilərinin limanlarından birinə gedən Britaniya ticarət gəmisinə gəmi əleyhinə raket zərbələri endirib”, – o qeyd edib.