ABŞ-də məktəblilərə atəş açılıb, ölən və yaralananlar var

ABŞ-də məktəblilərə atəş açılıb, ölən və yaralananlar var

ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində silahlı insident nəticəsində azı bir orta məktəb şagirdi ölüb, ikisi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ABC televiziyası şəhər polisinə istinadən məlumat yayıb.

Polisə görə, hadisə yeniyetmələr oxuduqları təhsil müəssisəsindən bir neçə məhəllə aralıda gəzərkən baş verib. Yaxınlaşan avtomobildən çıxmış şübhəlilər onlara atəş açıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır, digərinin ayağından həyati təhlükəsi olmayan güllə yarası var.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Hazırda şübhəli şəxslərin axtarışı davam etdirilir.