Hamburqda qurbağalar üçün tunellərin tikintisinə yarım milyon avro xərclənib

Hamburqda qurbağalar üçün tunellərin tikintisinə yarım milyon avro xərclənib

Hamburqun ətraf ərazilərindən biri olan Blankenezedə qurbağaların və gölməçələrin sayının azalması problemi ilə üzləşir; il ərzində qurbağaların sayı üçdəbirdən çox azalıb.

“Birxeber.Az” “Bild”ə istinadən xəbər verir ki, bununla bağlı “Yaşıllar” partiyasından olan yerli siyasətçilər polad və betondan hazırlanmış qurbağalar üçün dörd tunelin tikintisinə təxminən yarım milyon avro ayırmaq qərarına gəliblər.

Lakin yerli vergi ödəyicilərinin heç də hamısı bu qərardan razı deyil, onlar belə xərclərin əsassız olduğunu düşünürlər. Onlar tunellərin sıx yolların altında deyil, sakit küçələrin və velosiped yollarının altında tikildiyini də qeyd ediblər.

Bununla belə, inşaatçılar ümid edirlər ki, yeni tunellər Blankenezedə qurbağaların və gölməçə tritonlarının sayının qorunmasına kömək edəcək. Keçən il yerli ekofəallar mindən çox qurbağa saysalar da, bir il sonra onların sayı 616 fərdə qədər azalıb.