Türkiyədə girov götürülən fabrik işçiləri azad edildilər

Türkiyədə girov götürülən fabrik işçiləri azad edildilər

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda fəaliyyət göstərən ABŞ-nin “Procter & Gamble” şirkətinin fabrik binasına basqın edərək 7 işçini girov götürən İbrahim Y. təslim olub.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, təxminən 10 saatlıq danışıqlardan sonra o, girovları azad etməyə razılaşıb.

Fabrikə daxil olan polis qrupları İbrahim Y-ni saxlayıb.