Banqladeşdə daşqın nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb
Banqladeşin müxtəlif bölgələrində güclü leysanların törətdiyi daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb.
Bu barədə “Birxeber” “Channel NewsAsia” telekanalına istinadən xəbər verir.
Təbii fəlakət nəticəsində 27 nəfər ölüb, 4 milyondan çox insan isə fəlakət zonasında qalıb.
Son 15 ildə ölkənin yüksək dağlıq ərazilərində baş verən sürüşmələr nəticəsində 200-dən çox insan həlak olub.