“Real Madrid” Xoselunun dublu sayəsində qalib gələrək birinciliyə yüksəlib

“Real Madrid” Xoselunun dublu sayəsində qalib gələrək birinciliyə yüksəlib

İspaniya Primerasının 20-ci turunun təxirə salınmış oyunu keçirilib.

"Birxeber.Az" xəbər verir ki, “Xetafe” doğma meydandan “Real Madrid”lə qarşılaşıb.

“Kolizey Alfonso Peres” stadionundakı oyun qonaqların ütünlüyü ilə yekunlaşıb. Xoselunun dublu (14, 56) Kral klubuna vacib üç xalı qazandırıb - 0:2.

Hazırda La Liqada “Xetafe” 29 xalla 10-cu pillədə qərarlaşıb. “Real Madrid” isə 57 xalla birinci yerdədir.