Çimərlik güləşi üzrə Azərbaycan millisi Dünya Seriyasında 2 medal qazanıb

Çimərlik güləşi üzrə Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Dünya Seriyasının ilk mərhələsində 2 medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından “Report”a verilən məlumata görə, 27 ölkənin iştirak etdiyi yarışda Azərbaycan təmsilçiləri 1 gümüş və 1 bürünc medal əldə ediblər.

90 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov ardıcıl üç rəqibini məğlub edərək, finala yüksəlib. Lakin o, həlledici görüşdə gürcüstanlı Dato Piruzaşviliyə minimal fərqlə (2:3) məğlub olaraq, ikinci yeri tutub.

70 kq-da Ramiz Həsənov yarımfinalda uduzsa da, üçüncü yer uğrunda dueldə rumıniyalı Stefan Komanı sonuncu xal prinsipinə əsasən (2:2) üstələyərək, bürünc medala yiyələnib.

Azərbaycanın digər güləşçisi Oyan Nəzəriani (+90 kq) isə 1/4 finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, Dünya Seriyasının II mərhələsi 10-11 iyun tarixlərində Sinqapurda keçiriləcək.

Fərdi Fərdi
Boccia üzrə Azərbaycan milli komandası lisenziya turnirində iştirak edəcək

Zemfira Meftahətdinova: "Mənim üçün möhtəşəm bayram oldu"

Bakıda atıcılıq üzrə “Dünya Kuboku 2023”ün açılış mərasimi olub

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

"Kür"ün həndbolçusu: "Rəqib çox təcrübəli idi"

ASAPES və MGİMO ikili diplom magistr proqramı tələbələri ilə görüş keçirilib

Azərbaycanın iki paralimpiyaçısı Qran-pri yarışında iştirak edəcək

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

ABF və BWF arasında əməkdaşlıq memorandumu imzalanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi yarımfinala yüksəlib - YENİLƏNİB

Efiopiyalı idmançı 19 illik dünya rekordunu yeniləyib

BMX üzrə Rusiya çempionu bıçaqlanaraq öldürülüb