Azərbaycanda 5 maqnitudalı zəlzələ olub - YENİLƏNİB

Azərbaycanda 5 maqnitudalı zəlzələ olub - YENİLƏNİB

Zəlzələ episentrdə Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 4-3 bala qədər hiss olunub.

Bu barədə “Birxeber.Az”a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yenilənmiş verilənlərə əsasən, təbiət hadisəsinin maqnitudası 5 olub, dərinliyi 61 km-dir.

22:13

Azərbaycanın Mil-Muğan iqtisadi rayonunun ərazisində 5,1 maqnitudalı zəlzələ olub.

Bu barədə “Birxeber.Az”a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Mərkəzin verilənlərinə əsasən, təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb. ABŞ-nin Geoloji Xidmətinin verilənlərinə görə, zəlzələnin ocağı Salyanın Qaraçala kəndi ərazisində, 50,2 km dərinlikdə yerləşib.