KOB-ların məhsul və xidmətlərinin təqdim edilməsinə dəstək göstəriləcək

KOB-ların məhsul və xidmətlərinin təqdim edilməsinə dəstək göstəriləcək

Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində KOB-ların məhsul və xidmətlərinin təqdim edilməsinə dəstək göstəriləcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Xatırladaq ki, 31 may - 2 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 20-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (“TransLogistica”) keçiriləcək. Sərgidə avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı, yükdaşıma, logistika, kuryer vasitəsilə çatdırılma sahələrində fəaliyyət göstərən dövlət və özəl qurumların xidmətləri, müxtəlif nəqliyyat vasitələri, qoşqular, avadanlıqlar, anbar və məlumatlandırma sistemləri və s. nümayiş olunacaq. Tədbir nəqliyyat və logistika sahələrində yeni texnologiyaların və məhsulların sərgilənməsi, satış imkanlarını genişləndirmək və yeni satış kanalları tapmaq, təcrübə mübadiləsi üçün geniş imkanlar yaradacaq.

Nəqliyyat sektorunda çoxlu sayda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi nəzərə alınaraq onların məhsul və xidmətlərinin tanıdılması ilə satış imkanlarının genişləndirilməsi məqsədilə “TransLogistica” sərgisində KOB-ların iştirakına dəstək göstəriləcək. Bu məqsədlə KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına sərgidə KOB-ların məhsul və xidmətlərinin təqdim olunacağı xüsusi stend qurulacaq.

Ödənişsiz olaraq məhsul və xidmətlərini bu stenddə təqdim etmək istəyən KOB-lar mayın 19-na qədər aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “TransLogistica” qeyd olunmalıdır) KOBİA-ya müraciət edə bilər: https://bit.ly/44G0Wiq

Biznes Biznes
Azərbaycan avtomobil idxalını 17 % azaldıb

Azərbaycan avtomobil idxalını 17 % azaldıb

Biznes Biznes
Qətər investorları Azərbaycandakı imkanlardan yararlanmağa dəvət edilib

Qətər investorları Azərbaycandakı imkanlardan yararlanmağa dəvət edilib

Biznes Biznes
Azərbaycanda külli miqdarda vergini büdcədən yayındıran şəxs həbs olunub

Azərbaycanda külli miqdarda vergini büdcədən yayındıran şəxs həbs olunub

Biznes Biznes
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb

Biznes Biznes
Balıqçılığın inkişafı layihəsinə 150 min manat güzəştli kredit verilib

Balıqçılığın inkişafı layihəsinə 150 min manat güzəştli kredit verilib

Biznes Biznes
Səfir: "Azərbaycan və BƏƏ əməkdaşlıq etmək üçün böyük potensiala malikdir"

Səfir: "Azərbaycan və BƏƏ əməkdaşlıq etmək üçün böyük potensiala malikdir"

Biznes Biznes
"Milli Marketinq Forumu 2022"nin spikerləri bəlli oldu!

"Milli Marketinq Forumu 2022"nin spikerləri bəlli oldu!

Biznes Biznes
“Biznesə daxilolma” işçi qrupu 2023-cü ildə görüləcək işləri müzakirə edib

“Biznesə daxilolma” işçi qrupu 2023-cü ildə görüləcək işləri müzakirə edib

Biznes Biznes
Azərbaycan və Macarıstan əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan və Macarıstan əməkdaşlıq perspektivlərini müzakirə edib

Biznes Biznes
Deputat: “Vətəndaşlara geriyə ödənişlərdə ciddi problemlər var”

Deputat: “Vətəndaşlara geriyə ödənişlərdə ciddi problemlər var”

Biznes Biznes
Azərbaycan gömrüyündə Risklərin İdarə Olunması Sistemi genişləndiriləcək

Azərbaycan gömrüyündə Risklərin İdarə Olunması Sistemi genişləndiriləcək

Biznes Biznes
“Soyuq əllər, isti ürək” yarmarkasında 30-a yaxın KOB iştirak edir

“Soyuq əllər, isti ürək” yarmarkasında 30-a yaxın KOB iştirak edir