Tərtərdə şəhidlərin xatirəsinə bulaq abidə kompleksi inşa edilib
Tərtər rayonunun Köçərli kəndində I və II Qarabağ döyüşlərində iştirak edərək şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsinə "Xatirə bulağı" abidə kompleksi inşa edilib.
“Birxeber.Az”un Qarabağ bürosunun verdiyi xəbərə görə, bu gün bulağın açılış mərasimi olub.
Tədbirdə Köçərli kənd ziyalıları, təhsil işçiləri, kənd sakinləri və digər qonaqlar iştirak ediblər.
Qeyd edilib ki, abidə kompleksinin tikilməsi bir qrup kənd fəalının təşəbbüsü ilə həyata keçirilib.
Tədbir iştirakçıları xatırladıb ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Köçərli kəndindən 7 nəfər şəhid olub. Bunlardan 5 nəfəri I Qarabağ müharibəsində, 2 nəfər isə zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.