İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

“Birxeber.Az”un məlumatına görə, parlamentdə illik hesabatla bağlı İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, məlumatda insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumunun, Ali Məhkəmənin, Baş Prokurorluğunun, 28 mərkəzi və 52 yerli icra hakimiyyəti orqanının, Ombudsman Aparatının, aidiyyəti beynəlxalq təsisatların müvafiq sahəyə aid təhlilləri və fəaliyyətlərinin nəticələri nəzərə alınıb.

Onun sözlərinə görə, son 20 ildə ilk dəfə olaraq aşkarlanan qurbanların və cinayət təqibinin sayında azalma müşahidə edilib: “İlk baxışdan bu azalma müsbət təmayül kimi görünsə də, əslində pandemiya dövründə tətbiq edilən məhdudiyyətlərdən irəli gəlib və nəticədə hüquq mühafizə orqanlarının insan alveri qurbanlarını proaktiv üsullarla müəyyənləşdirməsini çətinləşdirərək 28 faizə endirib.

Hesabat barədə məlumat verən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov qeyd edib ki, ixtisaslaşmış xüsusi polis qurumu tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 3 (sabit) məcburi əmək faktı müəyyən edilərək cinayət işləri başlanılıb və aparılmış prosessual araşdırmalarla cinayətlərdən zərər çəkmiş şəxslərin ölkə daxilində kənd təsərrüfatı sektorunda istismar edildiyi məlum olub.

DİN-in Baş İdarə rəisi əlavə edib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalar zamanı isə – 369 (+102) şəxsin əmək müqaviləsi olmadan işləməsi və işəgötürənlər tərəfindən üç halda işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə faktı müəyyən edilərək aidiyyəti vəzifəli şəxslər barəsində bütövlükdə 1 800 000 manata yaxın inzibati cərimə tətbiq edilib.

Daha sonra iclas çıxışlarla davam edib.

Sonda illik məlumat parlamentin plenar iclasa tövsiyə olunub.

Milli Məclis Milli Məclis
Tikinti obyektləri qazpaylayıcı şəbəkəyə qoşulmaya görə ödəniş edəcək

Tikinti obyektləri qazpaylayıcı şəbəkəyə qoşulmaya görə ödəniş edəcək

Milli Məclis Milli Məclis
Azərbaycanlı deputat Albaniyada monitorinq aparacaq

Azərbaycanlı deputat Albaniyada monitorinq aparacaq

Milli Məclis Milli Məclis
Parlamentin sabahkı iclasının gündəliyinə dəyişiklik edilib, büdcə zərfinin III oxunuşda müzakirəsi təxirə salınıb

Parlamentin sabahkı iclasının gündəliyinə dəyişiklik edilib, büdcə zərfinin III oxunuşda müzakirəsi təxirə salınıb

Milli Məclis Milli Məclis
Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq

Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq

Milli Məclis Milli Məclis
"Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır" - RƏSMİ

"Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır" - RƏSMİ

Milli Məclis Milli Məclis
Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçirilir

Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçirilir

Milli Məclis Milli Məclis
Azərbaycanda taksi sürücülərinə dair yeni tələblər III oxunuşda qəbul olunub

Azərbaycanda taksi sürücülərinə dair yeni tələblər III oxunuşda qəbul olunub

Milli Məclis Milli Məclis
“2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsinin MM-də müzakirəyə çıxarılacağı vaxt məlum olub - EKSKLÜZİV

“2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsinin MM-də müzakirəyə çıxarılacağı vaxt məlum olub - EKSKLÜZİV

Milli Məclis Milli Məclis
Ölkədə işsizliyin səviyyəsi qadınlar arasında 58%, kişilər arasında 42% olub

Ölkədə işsizliyin səviyyəsi qadınlar arasında 58%, kişilər arasında 42% olub

Milli Məclis Milli Məclis
"Beynəlxalq Ədalət Məhkəməsinin qərarı İrəvanı hüquq müstəvisində çətin duruma salır" - RƏY

"Beynəlxalq Ədalət Məhkəməsinin qərarı İrəvanı hüquq müstəvisində çətin duruma salır" - RƏY

Milli Məclis Milli Məclis
Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti İsveçrəyə səfər edəcək

Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti İsveçrəyə səfər edəcək

Milli Məclis Milli Məclis
Deputat: “Bank kreditləri ucuzlaşdırılmalıdır”

Deputat: “Bank kreditləri ucuzlaşdırılmalıdır”