Ölkə üzrə 4 min 518 nəfərə evdə sosial-məişət xidməti göstərilir - FOTO

Ölkə üzrə 4 min 518 nəfərə evdə sosial-məişət xidməti göstərilir - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov səyyar sosial-məişət xidməti göstərilən ahıl şəxslə görüşüb.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Birxeber-ə verilən məlumata görə, Cəlilabad şəhərində yaşayan 70 yaşlı Firuzə Məmmədova ailə həyatı qurmayıb. O, bu ildən evdə sosial-məişət xidmətindən yararlanmağa başlayıb.

Agentliyin sədri tənha yaşayan qadının şəraiti ilə maraqlanıb və onun sosial vəziyyətinin hər zaman diqqətdə saxlanılacağını vurğulayıb. O, Sosial Xidmətlər Agentliyinin göstərdiyi xidmətdən razılığını bildirib.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin filialları tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara və əlilliyi olan şəxslərə evdə sosial-məişət xidməti göstərilir.

Hazırda agentliyin sosial xidmətçiləri tərəfindən ölkə üzrə 4 min 518 nəfərə evdə sosial-məişət xidməti göstərilir və onlardan 3 min 996 nəfəri ahıl şəxsdir.

Həmin xidmətdən yararlanmaq istəyən imtiyazlı şəxslər yaşadıqları rayon üzrə agentliyin müvafiq filialına yaxud 116123 “Qayğı” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

 

 

Birxeber
Sosial Sosial
"Bravo"nun adından saxta mesajlar yayılır

"Bravo"nun adından saxta mesajlar yayılır

Sosial Sosial
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Sosial Sosial
Uşaq bağçalarına qəbulun vaxtı AÇIQLANDI

Uşaq bağçalarına qəbulun vaxtı AÇIQLANDI

Sosial Sosial
Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək - Nazirlik

Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək - Nazirlik

Sosial Sosial
Polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılan narkotacir bölmədə öldü

Polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılan narkotacir bölmədə öldü

Sosial Sosial
Azərbaycanda bəzi mallara görə hesablanmış ƏDV azaldılacaq

Azərbaycanda bəzi mallara görə hesablanmış ƏDV azaldılacaq

Sosial Sosial
Arestoviç: "Prezident Aparatından qovuldum" - VİDEO

Arestoviç: "Prezident Aparatından qovuldum" - VİDEO

Sosial Sosial
Polis son 2 gündə bulvarda itkin düşən uşaq sayını açıqladı

Polis son 2 gündə bulvarda itkin düşən uşaq sayını açıqladı

Sosial Sosial
Sumqayıtda zavodda baş verən yanğın ərzaq qıtlığı yarada bilər? - FOTO

Sumqayıtda zavodda baş verən yanğın ərzaq qıtlığı yarada bilər? - FOTO

Sosial Sosial
8 gün komada olan yeniyetmə sağlamlığına qovuşdu

8 gün komada olan yeniyetmə sağlamlığına qovuşdu

Sosial Sosial
“Haber Global” “TEKNOFEST Azərbaycan”da - VİDEO

“Haber Global” “TEKNOFEST Azərbaycan”da - VİDEO

Sosial Sosial
Əhalinin NƏZƏRİNƏ! - Bu evlərə görə ƏDV geri qaytarılmayacaq - VİDEO

Əhalinin NƏZƏRİNƏ! - Bu evlərə görə ƏDV geri qaytarılmayacaq - VİDEO