Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib

Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Naxçıvanda xarici diplomatların və hərbi attaşelərin iştirakı ilə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda tədbir keçirilib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolundan, o cümlədən onun fəaliyyətinin Naxçıvan mərhələsindən, Ümummilli Liderin Azərbaycan xalqının rifahı, ölkəmizin müstəqilliyinin möhkəmlənməsi və davamlı inkişafı istiqamətində yorulmaz fəaliyyətindən danışıblar.

Müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmasında, dövlətimizin müstəqil xarici siyasət strategiyasının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vurğulanıb. Qeyd olunub ki, Heydər Əliyevin xarici siyasət strategiyası bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni-yeni hədəflərə istiqamətlənir.

Diqqətə çatdırılıb ki, ömrünü Azərbaycanın tərəqqisinə həsr edən dahi şəxsiyyət Heydər Əliyev Vətən və xalq qarşısında müstəsna xidmətlər göstərib, ölkəmizin beynəlxalq aləmə inteqrasiyası istiqamətində mühüm işlər görüb.

Eyni zamanda Ümummilli Liderin həyat və fəaliyyətinin örnək olduğu qeyd edilib, onun zəngin irsinin öyrənilməsinin, təbliğinin və gələcək nəsillərə çatdırılmasının önəmi vurğulanıb.

Həmçinin bildirilib ki, Ermənistanın işğalçılıq siyasəti və dekonstruktiv mövqeyi səbəbindən Naxçıvan Muxtar Respublikası 30 ilə yaxın müddətdə blokada şəraitində qalıb. Qeyd edilib ki, Zəngəzur dəhlizinin açılması ilə həm blokadaya son qoyulacaq, həm də muxtar respublika özünün tranzit-nəqliyyat imkanları ilə bütün bölgənin iqtisadi inkişafına töhfə verəcək.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyatına və siyasi fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin simfonik orkestri konsert proqramı ilə çıxış edib.

Xarici siyasət Xarici siyasət
Cahit Bağçı: "Azərbaycan və Türkiyə prezidentləri Ulu Öndərin qurduğu körpüləri daha da möhkəmləndirirlər"

Cahit Bağçı: "Azərbaycan və Türkiyə prezidentləri Ulu Öndərin qurduğu körpüləri daha da möhkəmləndirirlər"

Xarici siyasət Xarici siyasət
Kanadanın General-Qubernatoru Prezident İlham Əliyevi təbrik edib

Kanadanın General-Qubernatoru Prezident İlham Əliyevi təbrik edib

Xarici siyasət Xarici siyasət
Polşada keçirilən konfransda İranın güney azərbaycanlılara qarşı repressiya siyasəti müzakirə olunub

Polşada keçirilən konfransda İranın güney azərbaycanlılara qarşı repressiya siyasəti müzakirə olunub

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonla danışıb

Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonla danışıb

Xarici siyasət Xarici siyasət
Azərbaycanın Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb 

Azərbaycanın Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb 

Xarici siyasət Xarici siyasət
XİN: “Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini reinteqrasiya etmək əzmindədir”

XİN: “Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini reinteqrasiya etmək əzmindədir”

Xarici siyasət Xarici siyasət
Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü baş tutub

Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü baş tutub

Xarici siyasət Xarici siyasət
Türkiyə hərbçiləri Suriyada 10 terrorçunu məhv edib

Türkiyə hərbçiləri Suriyada 10 terrorçunu məhv edib

Xarici siyasət Xarici siyasət
Azərbaycanla Serbiya arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycanla Serbiya arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş təsdiqlənib

Xarici siyasət Xarici siyasət
Azərbaycan eskpertinin layihəsi Avropa Şurasının antikorrupsiya qurumunda qəbul edilib

Azərbaycan eskpertinin layihəsi Avropa Şurasının antikorrupsiya qurumunda qəbul edilib

Xarici siyasət Xarici siyasət
Türkiyəli ekspert: “Ərdoğanın yenidən prezident kimi ilk səfərini Azərbaycana etməsi dünyaya verilən güclü ismarışdır"

Türkiyəli ekspert: “Ərdoğanın yenidən prezident kimi ilk səfərini Azərbaycana etməsi dünyaya verilən güclü ismarışdır"

Xarici siyasət Xarici siyasət
İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb

İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb